ABŞ konsulluğuna raket zərbələri endirildi - Qırıcılar havaya qalxdı

07:50 - 13 Mart 2022

ABŞ konsulluğuna raket zərbələri endirildi - Qırıcılar havaya qalxdı

ABŞ-ın İraqın Ərbil şəhərindəki konsulluğuna raket zərbələri endirilib.

 

Manset.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat verib. Raket hücumlarından sonra şəhərdə bir neçə partlayış baş verib. Məlumatda qeyd olunur ki, hücumun İranın "Xəsabad" hərbi bazasından "Fateh-110" raketi ilə həyata keçirildiyi ehtimal edilir.

İran mediası isə hədəfin İsrail kəşfiyyatı (Mossad) olduğunu yazıb və bu raket hücumu Suriyada öldürülən iki iranlı zabitin qisası məqsədi ilə edilib.

Telegram kanallarında ABŞ hava qüvvələrinə məxsus qırıcılarının artıq havaya qalxdığı bildirilir, məlumatda qeyd edilir ki, ABŞ qırıcılarının Tehrana hücum edəcəyi gözlənilir.

ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı açıqlama verəcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az