Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün əleyhinə deyil.
Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu hesab edir ki, danışıqlar zamanı bəzi məsələlərdə Rusiya və Ukraynanın mövqeləri yaxınlaşıb.
"Onlar arasında ciddi danışıqlar davam edir. Türkiyə neytral ölkə olduğu üçün hər iki tərəfə güvənir. Status məsələləri var, istər Ukraynanın NATO-ya üzv olması, istər neytrallıq siyasəti və sairə. Biz görürük ki, bəzi məsələlərdə onların mövqelərində yaxınlaşma var”, - Çavuşoğlu bildirib.
Yeri düşmüşkən qeyd edək ki, Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Rusiya ilə danışıqlarda son deyil, kompromis dialoq artıq başlayıb” deyib.
HəmçininPodolyak "Ukrayna artıq çox yüksək bədəl ödəyib (ölkə çox böyük zərər çəkib), ona görə də müharibəni yalnız öz şərtləri ilə bitirəcək", - vurğulayıb.
Rusiya Silahlı Qüvvələri mövqe döyüşlərində ilişib qalıblar, hələ də havada üstünlüyə malikdirlər, lakin uduzduqları üçün quruda Ukrayna Silahlı Qüvvələri ilə qarşılaşmaq istəmirlər, - "Ukrayna 24" efirində Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.