Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsdi

23:14 - 19 Mart 2022

Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsdi

“Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur”.

Manset.az xəbər verir ki, bunu “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.

O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək çağırışı edib.

Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az