Çin Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalara və NATO-nun şərqə genişlənməsinə qarşı çıxıb.
Manset.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirinin müavini Li Yuyçen Pekindəki təhlükəsizlik forumunda danışıb.
O bildirib ki, sanksiyalarla bu problemi həll etmək mümkün deyil:
“Tarix dəfələrlə sübut edib ki, sanksiyalarla problemi həll etmək mümkün deyil. Sanksiya yalnız sadə insanlara ziyan vurur, iqtisadi və maliyyə sisteminə təsir edir və qlobal iqtisadiyyatı zəiflədir”.
Çin rəsmisi NATO-nun şərqə genişlənməsi və “Rusiyanı küncə sıxışdırması”nı da yolverilməz adlandırıb.
Qeyd edək ki, 18 martda ABŞ lideri Bayden Çin rəhbəri Szinpinlə videoformatda görüş keçirib. Bayden Rusiyanın sanksiyalardan yayınmasına Çinin dəstək verməməsi üçün Sizinpinə xəbərdarlıq edib.
Axar.az