Dünən parlamentdə yayımladığı videoda İsrailə tələblərini təkrarlayan Zelenski, İsrailin ölkəsinə Dəmir Günbəz raketdən müdafiə sistemini niyə vermədiyini soruşub.
Manset.az xəbər verir ki, bu gün İsraildən alınan cavabda Ukraynaya bacardıqları qədər yardım edildiyi, tarazlı münasibətləri qorumağa çalışdıqları bildirilib.
Zelenski videozəngdə "Sizin qurduğunuz raketdən müdafiə sisteminin ən yaxşısı olduğu hamıya məlum bir həqiqətdir. Siz Ukrayna xalqına kömək edə bilərsiniz. Hər iki halda seçim sizindir” – deyib.