Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq olunur

15:14 - 21 Mart 2022

Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq olunur

Kiyevdə martın 21-i saat 20:00-dan 23-ü səhər saat 07:00-dək gücləndirilmiş komendant saatı tətbiq edilir.

 

Manset.az “Pravda”ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlər işləməyəcək. Bu müddət ərzində yalnız ən yaxın sığınacağa çatmaq üçün çölə çıxmağa icazə var. Belə ki, komendant saatı zamanı xüsusi icazələri olmadan küçədə görünən mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvü hesab olunacaqlar.

Kliçko, həmçinin bildirib ki, yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər ətrafında hərəkət edə biləcək


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az