Ərəblər kirayə qaldıqları müğənninin evini xarabalığa çevirdilər - FOTO/VİDEO

15:58 - 21 Mart 2022

Ərəblər kirayə qaldıqları müğənninin evini xarabalığa çevirdilər - FOTO/VİDEO

Türkiyəli müğənni Cenk Eren sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

 

Manset.az xəbər verir ki, sənətçi ötən il 1 illik müqavilə ilə ərəblərə kirayə verdiyi evi 6 ay əvvəl satıb. 

Evin yeni sahibləri mənzilin yeni görüntülərini çəkib ifaçıya göndəriblər. Videonu görən Cenk gözlərinə inana biməyib. Evində kirayə qalan ərəblər sənətçinin mənzilini sözün əsl mənasında xarabalığa çeviriblər.

Eren paylaşdığı görüntülərə "Bir atalar sözü var: beş barmağın beşi də bir olmaz. Elə düşünmək istəyirəm. Ərəb dostlarımız kirayə götürdükləri evi belə istifadə ediblər. Vicdanla əlaqədar bir vəziyyətir" sözlərini yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az