Zelenski Consonun bu təklifini RƏDD ETDİ

21:39 - 21 Mart 2022

Zelenski Consonun bu təklifini RƏDD ETDİ

Rusiyanın Ukraynanı işğalı davam edərkən, Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə və ailəsinə İngiltərədən sığınacaq təklif etdiyini bildirib.

Manşet.az xəbər verir ki, lakin Zelenski bu təklifi rədd edib. 

Ukrayna liderinin təklifi rədd etməsindən sonra Böyük Britaniyanın baş naziri “Volodimir həmişə Ukrayna xalqının yanında qalacağını söylədi. Ona heyran olduğumu söyləməliyəm",  - deyə ifadə edib.  

Conson Zelenskinin "öz xalqını toplamaqda" və "dünyanı hərəkət etdirməkdə" də çox uğurlu olduğunu bildirib və onu "qəhrəman müharibə lideri" kimi xarakterizə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az