Polşa Rusiyanın hücumuna hazırlaşır

23:55 - 21 Mart 2022

Polşa Rusiyanın hücumuna hazırlaşır

Polşa hökuməti artıq Rusiyadan mümkün təcavüzə hazırlaşır.

Manşet.az xəbər verir ki,  bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşitsia deyib.  

"Rusiyanın Polşaya hücum edə biləcəyi ilə bağlı qorxular var. Polşa hökuməti buna hazırlaşır", - Deşçitsa bildirib.

Diplomat xatırladıb ki, ölkədə müdafiə haqqında qanun qəbul edilib və bu qanun Polşa Silahlı Qüvvələrini gücləndirir. 

"Lakin Polşa hökuməti başa düşür ki, Ukraynaya kömək etmək və rus qoşunlarının Polşa ilə sərhədlərə yaxınlaşmasının qarşısını almaq daha yaxşıdır", - Deşitsa əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az