Rusiya ordusunun Ukraynada verdiyi son itkilər AÇIQLANDI

10:53 - 22 Mart 2022

Rusiya ordusunun Ukraynada verdiyi son itkilər AÇIQLANDI

Rusiya ordusunun son sutka ərzində 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı yaxşı deyil. Həmçinin Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az