Ukrayna-Rusiya danışıqlarında son durum AÇIQLANDI

15:11 - 22 Mart 2022

Ukrayna-Rusiya danışıqlarında son durum AÇIQLANDI

Rusiya ilə danışıqlarda Ukrayna ərazi bütövlüyü məsələsində güzəştlərə getmir”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

“Danışıqlar onlayn rejimdə daim davam edir. Xeyli sayda mübahisəli məsələlər var. Axı Prezident (Volodimir Zelenski-red.) ərazi bütövlüyü, fundamental təhlükəsizlik təminatları - yəni bizim üçün vacib olan məqamlarla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Danışıqlar daim onlayn rejimdə aparılır, bu prosesdə iştirak edən çoxlu məsləhətləşmə qrupları var”, - Podolyak qeyd edib.

O etiraf edib ki, danışıqlar prosesinin strukturu mürəkkəbdir: “Danışıqlar qrupu və müxtəlif formatlarda işləyən xeyli sayda qruplar var. Bundan əlavə, hər iki tərəfdən danışıqlara siyasi müşavirlər cəlb olunub”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az