Rusiyalı baş redaktor Nobel mükafatını ukraynalı qaçqınlar üçün hərraca çıxardı

15:38 - 22 Mart 2022

Rusiyalı baş redaktor Nobel mükafatını ukraynalı qaçqınlar üçün hərraca çıxardı

“Novaya qazeta” və onun baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını ukraynalı qaçqınlara bağışlamaq qərarına gəlib.

 

Manset.az xəbər verir ki, rusiyalı baş redaktor hərraca çıxaracağı medaldan əldə edilən gəliri ukraynalı qaçqınlar üçün təşkil olunan yardım fonduna bağışlayacaq.

Nəşr və Muratov Ukraynadakı münaqişə tərəflərini dərhal atəşi dayandırmağa, əsirləri dəyişdirməyə, ölənlərin meyitlərini qaytarmağa, humanitar dəhlizlər açmağa və yardım göstərməyə, həmçinin qaçqınları lazımi ləvazimatlarla təmin etməyə çağırıb.

Dmitri Muratov və filippinli jurnalist Maria Ressa “demokratiya və sülh üçün şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” 2021-ci il Nobel Sülh Mükafatına layiq görülüblər. Muratov pul mükafatının bir hissəsini xeyriyyə təşkilatlarına köçürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az