2022-ci ilin fevralında rusiyalıların ölkə banklarındakı vəsaitlərinin həcmi 3,5% və ya 1,2 trilyon rubl azalıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının 2022-ci ilin fevral ayı üçün ölkənin bank sektorunun inkişafı üzrə icmalında deyilir.
Qeyd olunub ki, Rusiyanın ən iri banklarına qarşı sanksiyalar əhalinin rubla və nağd xarici valyutaya tələbinin artmasına təkan verib