Aleksey Navalnı 9 il azadlıqdan məhrum edilib.
Manset.az xəbər verir ki, Navalnı Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Eyni zamanda Navalnını 1,2 milyon rubl məbləğində cərimələnib.
Xatırladaq ki, dövlət ittihamçısı Navalnıya ümumilikdə 13 il həbs cəzası verilməsini istəyib. Lakin bu müddət endirilib.
Hazırda Aleksey Navalnı Vladimir vilayətindəki koloniyada həbsdədir.