“Ukraynadakı durum bizi narahat edir. Bizi Ukraynaya güclü dəstək veririk”.
Manset.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Sabahkı toplantıda Ukraynaya göstərilən dəstəyin daha da artırılacağı barədə qərar veriləcəyinə ümid edirik. Ukraynanın NATO-ya üzvlüyü müzakirə mövzusu deyil. Lakin dəstək artırıla bilər”, - o bildirib.