“Azərbaycan təyyarələrimizi həbs etməyib” - Rusiyadan təkzib

18:01 - 23 Mart 2022

“Azərbaycan təyyarələrimizi həbs etməyib” - Rusiyadan təkzib

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Manşet.az xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az