Ukrayna ordusu daha 1 yaşayış məntəqəsini Rusiya hərbçilərindən AZAD ETDİ

10:49 - 25 Mart 2022

Ukrayna ordusu daha 1 yaşayış məntəqəsini Rusiya hərbçilərindən AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.

 

Manset.az xəbər verir ki, bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib.

O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.

"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib", - Şiş deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az