Rus Mədəniyyət Mərkəzinə hücum oldu

12:33 - 25 Mart 2022

Rus Mədəniyyət Mərkəzinə hücum oldu

Fransanın paytaxtı Parisdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edən fəallar yumurta ilə Rus Mədəniyyət Mərkəzinə hücum ediblər.


Manset.az xəbər verir ki, müxtəlif qrupların fəalları Sent-Trinit rayonundakı Rus Pravoslav Kilsəsinin yanındakı Mədəniyyət Mərkəzinin qarşısına gələrək pəncərələrə yazı yazıb, yumurta atıblar.

Fransa mətbuatı yumurta hücumunu həyata keçirənlər arasında “SOS Racisme” üzvlərinin, ukraynalıların və gürcülərin olduğunu yazıb.

Fransız müstəqil jurnalist Klement Lanotun Twitter hesabında paylaşdığı görüntülərdə aktivist olduğu bildirilən qrupdan bir nəfər qırmızı boya ilə mərkəzin pəncərələrinə ingiliscə “Putini dayandır” yazıb, digər nümayişçilər isə binaya yumurta atıb.

Qrupa heç bir müdaxilə edilməməsi diqqət çəkib.

Rusiyanın Ukraynaya hücumundan sonra bundan əvvəl də iki dəfə Rus Pravoslav Kilsəsinə oxşar hücumlar edilib və onun divarlarına təhqiramiz ifadələr yazılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az