İqlim böhranı və təbii fəlakətlər üçün dünya bir saat qaralacaq.
Manset.az xəbər verir ki, iqlim dəyişikliyi və təbii fəlakətlərin yaratdığı fəlakətlərə və itkilərə diqqət çəkmək üçün şənbə günü axşam bütün dünyada bir saatlıq işıqların söndürülməsi aksiyası keçiriləcək.
2007-ci ildən bəri hər il mart ayının son şənbə günü dünyada keçirilən qlobal tədbir çərçivəsində WWF-nin (Ümumdünya Təbiəti Mühafizə Fondunun) çağırışı ilə “Yer Saatı” 26 Mart Şənbə günü saat 20.30-21.30 arasında “çevrilmə saatı” çağırışı ilə baş tutacaq.
Tədbirdə dünyadakı iqlim və biomüxtəliflik böhranına diqqət çəkmək üçün işıqlar bir saat müddətinə söndürüləcək.