Ərdoğan Zelenski və Putinlə danışacaq

14:16 - 25 Mart 2022

Ərdoğan Zelenski və Putinlə danışacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə, həftə sonu isə rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırdığını bildirib.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. 

“Bu gün Zelenski ilə telefon danışığım olacaq. Ola bilsin ki, bu həftənin sonunda və ya növbəti həftənin əvvəlində Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin  nəticələrini müzakirə edib dəyərləndirməliyik”, - deyə Ərdoğan qeyd edib. O bildirib ki, danışıqlar zamanı Putinə sülhə çağırışla bağlı müraciət edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az