Rusiyadan Sumi və Xarkov şəhərlərinə humanitar yardım göndərilməkdə davam edir.
Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin paylaşdığı görüntülərdə əsas ərzaq məhsulları da daxil olmaqla 20 ton ağırlığında humanitar yardım materiallarının Rusiya tankları və müxtəlif ağır zirehli maşınların müşayiəti ilə Xarkov və Sumi şəhərlərinə aparıldığı qeyd edilib.
Geniş təhlükəsizlik tədbirləri ilə daşınan materiallar şəhərlərin müxtəlif yerlərində yaradılmış paylama məntəqələrində mülki əhaliyə paylanıb.
Şəhər mərkəzlərindən kənardakı kənd ərazilərinə də aparılan yardım paketi rus bayrağı olan binalardan xalqa verilib.
Həm Xarkov, həm də Sumi sakinlərinə yardım paketini rus əsgərləri öz əlləri ilə paylayıb.
Yardım paketinin tərkibinə un, şəkər, düyü və konservlər daxildir.