Putin Almaniya kansleri ilə Ukraynanı müzakirə etdi

20:39 - 30 Mart 2022

Putin Almaniya kansleri ilə Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şoltsun telefon danışığı olub.

Manşet.az xəbər verir kİ, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putinlə Şolts Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar.

"Vladimir Putin və Olaf Şolz bir gün əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların son raundu ilə bağlı fikir mübadiləsi aparıblar. Mülki əhalinin toqquşma bölgələrindən, ilk növbədə Mariupoldan təhlükəsiz təxliyyəsinin təmin edilməsi məsələlərinə də baxılıb", - deyə Kremlin məlumatında bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az