ABŞ Ukraynaya pul yadımı edəcək- ŞOK RƏQƏM

21:15 - 30 Mart 2022

ABŞ Ukraynaya pul yadımı edəcək- ŞOK RƏQƏM

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.

Manşet.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Bildirilib ki, Bayden və Zelenski bu gün baş tutan telefon danışığı zamanı ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Görüş zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və Ukraynaya yeni humanitar yardımlar da müzakirə edilib.

Zelenski Baydenə Ukraynanın Rusiya ilə danışıqları barədə məlumat verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az