"İstanbuldakı danışıqlar hələ yekun nəticə deyil" - Lavrov

21:44 - 30 Mart 2022

\"İstanbuldakı danışıqlar hələ yekun nəticə deyil\" - Lavrov

"Bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını irəliləyiş kimi qiymətləndirmək olar, lakin bu hələ yekun nəticə deyil"

Manşet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz dünən İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk. Bu, hələ ki, yekun nəticə deyil", - nazir jurnalistlərə deyib.

Xatırladaq ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az