Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad etdi

09:10 - 31 Mart 2022

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış məntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Zaporojye vilayətinin Orlovo, hər ikisi Xerson vilayətinin Zaqradovka, Koçubeyev yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

"Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır", - deyə məlumatda deyilir.

Donetsk istiqamətində rusların Popasna, Rubizne yaşayış məntəqələrini və Mariupol şəhərlərini nəzarətə götürmə cəhdləri davam edir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də azad edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az