ABŞ-ın Pensilvaniya ştatında 80 avtomobilin toqquşması ilə baş verən qəza nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, Pensilvaniya əyalət polisindən verilən açıqlamada bölgədə hökm sürən qar fırtınası səbəbiylə baş verən qəzada həyatını itirənlərin şəxsiyyət məlumatlarının ailələrinə açıqlandıqdan sonra bəyan ediləcəyi bildirilib.
Qəza nəticəsində xəsarət alan 24 nəfər xəstəxanalara çatdırılıb və müalicələri davam etdirilir.