Ukrayna prezidenti Zelenski Hollandiyadan Rusiya ilə bütün ticarətin dayandırılmasını istəyib.
Manset.az –ın məlumatına görə, Hollandiya parlamentinə onlayn olaraq müraciət edən Zelenski Rusiyanın müharibəni neft və qaz gəlirləri ilə maliyyələşdirdiyini və buna görə də Hollandiya Rusiya ilə bütün ticarəti dayandırmasını tələb edib.
Rusiyanın müharibəni davam etdirməməsi üçün Avropanın Rusiya qazının idxalını dayandırmasını istəyən Zelenski Hollandiyadan Ukraynaya daha çox silah göndərməsini istəyib.