Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin işindən narazıyıq, Ukraynanın onların təsirini gözləməyə vaxtı yoxdur.
Manset.az xəbər verir ki, bunu Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Elə sanksiyalar var ki, Rusiyaya təsiri uzun zaman alacaq, amma bizim vaxtımız yoxdur. Təəssüf ki, elə sanksiyalar da var ki, tətbiq edilib, onlar gözəl görünür, amma heç işləmir”, - o bildirib.
O, Qərb ölkələrini Rusiyanın Ukraynanın hücumundan əvvəl qabaqlayıcı sanksiyalar tətbiq etmədiklərinə görə tənqid edib.