Polşa daxili işlər nazirinin müavini Blazej Pobozi Ukraynalı qaçqınların yerləşdirilməsi və baxım xərclərini qarşılamaq üçün Avropa İttifaqından 2,2 milyard avro tələb edildiyini açıqlayıb.
Manset.az -ın məlumatına görə, Polşa daxili işlər nazirinin müavini Blazej Pobozi Polşa dövlət televiziyası “TVP Info”ya deyib ki, onun ölkəsi ukraynalılara kömək edir və Aİ Polşaya qaçqınların maliyyələşdirilməsində yardımı gecikdirməməlidir.
Hazırda Polşada 2,4 milyon ukraynalı qaçqının olduğu bildirilir.