Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı artan sanksiyalarla yanaşı, Avropada yerləşən 150 rus diplomatı Vyana Konvensiyasını pozduqları üçün müxtəlif ölkələrdən qovulub.
Manset.az-n məlumatına görə, ölkələrin əksəriyyəti deportasiyalarına səbəb kimi təhlükəsizlik və ya casusluq ittihamlarını irəli sürsə də, bəzi ölkələr Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün rus diplomatlarını “persona non-qrata” elan ediblər.