Rusiya Odessa və Ukraynanın digər bölgələrini “Kalibr” raketləri ilə bombalamağa hazırlaşır.
Manset.az xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının spikeri Sergey Bratçuk Teleqram kanalında məlumat verib.
“Təəssüf ki, Odessaya və dövlətimizin digər bölgələrinə raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır. Təhlükə daimidir. Söhbət ilk növbədə dənizdə yerləşən gəmilərdəki “Kalibr” qanadlı raketlərdən gedir”, - o bildirib.
Bratçuk xatırladıb ki, “Kalibr” raketi 800 km/saat sürətlə uçur. O, trayektoriyasını bir neçə dəfə dəyişə bilir, ona görə də onu vurmaq çətindir:
“Buna baxmayaraq, bizim oğlanlar bu işdə çox yaxşıdırlar. Biz narahat deyilik, amma unutmayın ki, təhlükə var və düşmən məhv edilməlidir!”