Əsir rus əsgərlər tərəflərini dəyişdilər - təlimlər başladı

14:10 - 01 Aprel 2022

Əsir rus əsgərlər tərəflərini dəyişdilər - təlimlər başladı

Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada əsir düşən rus əsgərlərinin tərəflərini dəyişdiyi açıqlanıb. 


Manset.az-ın məlumatına görə, Ukrayna sıralarına qatılan rus əsgərlərinin təliminə başlanılıb.

Ukrayna Müdafiə Nazirliyi Telegram-da bəzi rus əsgərlərinin tərəfini dəyişdiyini və Putinin işğalçı qüvvələrinə qarşı döyüşmək üçün yeni alay yaradıldığını bildirib. 

Açıqlamanın davamında “Rusiyanın Azadlıq legionu” adlandırdıqları qrupun ilk təlim fəaliyyətlərinə başladığı vurğulanıb.

Ukraynanın aparıcı qəzetlərindən biri olan “Baget” tərəflərin dəyişməsi vəziyyətini təsdiqləyib. 

Qəzetdə əsir düşən rus əsgərlərinin əhval-ruhiyyənin aşağı olması səbəbindən təslim olduqları və Ukrayna sıralarına getdiyi bildirilirdi.

Digər tərəfdən ekspertlər tərəf dəyişən əsgərlər arasında agentlərin olma ehtimalına qarşı sərt tədbirlər görüldüyünü açıqlayıb.

Ukrayna ordusu tərəfini dəyişən rus əsgərlərinə ilk təlimi verib. 

İsveç istehsalı olan silahla bağlı keçirilən təlimdə əsgərlərə NATO silahları təqdim edilib. 

Rəsmilər təlimin uğurla keçdiyini bildiriblər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az