4 milyondan çox qaçqın Ukraynadan qonşu ölkələrə gedib

16:14 - 02 Aprel 2022

4 milyondan çox qaçqın Ukraynadan qonşu ölkələrə gedib

Fevralın 24-dən aprelin 1-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 137 842 nəfərə çatıb.

Manset.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) bu gün yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, son sutka ərzində 35 891 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 1-dək olan dövrdə Polşaya 2 405 703, Rumıniyaya 629 917, Moldovaya 391 592, Macarıstana 379 988 qaçqın gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az