Şri-Lankada komendant saatı tətbiq EDİLDİ

18:03 - 02 Aprel 2022

Şri-Lankada komendant saatı tətbiq EDİLDİ

Şri-Lanka hökuməti aprelin 4-dək adada qüvvədə olacaq komendant saatı tətbiq edib.

Manşet.az xəbər verir ki, bu barədə dövlət xəbər portalında dərc olunan press-relizdə deyilir.

Xatırladaq ki, aprelin 1-i axşam saatlarında hökumət iqtisadi böhranın yaratdığı iğtişaşlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Respublikanın silahlı qüvvələri iğtişaş törətməkdə şübhəli bilinən şəxsləri həbs etmək üçün geniş səlahiyyətlərə malikdir.

Martın 31-də yüzlərlə nümayişçi ölkədə ərzaq, yanacaq və dərman çatışmazlığına etiraz etmək məqsədilə ölkə prezidenti Qotabai Racapaksanın evinə soxulmağa cəhd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az