Roma Papası Kiyevə getmək istəyir

18:12 - 02 Aprel 2022

Roma Papası Kiyevə getmək istəyir

Roma Papası Fransisk Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər.

Manşet.az apa-ya istinadən xəbər verir ki, katolik kilsəsinin rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski və şəhər meri Vitali Kliçko, eləcə də Ukraynanın dini rəhbərliyi tərəfindən martın 8-də Ukraynaya dəvət edilib.
 
Qeyd olunub ki, səfər baş tutarsa, bu işğalın başlamasından sonra Ukraynaya ən yüksək səviyyəli səfər olacaq.

Vatikan Ukraynadan dəvət məktubu qəbul etdiyini təsdiqləyib və Papanın ukraynalılar üçün dua etdiyini bildirib, lakin səfər planı ilə bağlı heç bir məlumat verməyib.

Bu gün Papa Fransisk Romadan Maltaya uçuşu zamanı təyyarədə reportyorun səfəri nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualını cavablandırıb.

"Bəli, bu məsələ masa üzərindədir”, - Roma Papası əlavə detalları açıqlamadan bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az