Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

16:20 - 03 Aprel 2022

Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

 

Manset.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, - o, tviterdə yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az