Lavrova Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin olundu

21:17 - 14 Aprel 2022

Lavrova Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin olundu

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək", deyə Zaxarova vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az