Rubejnoe istiqamətində mövqe döyüşləri davam edir. Düşmən heç bir üstünlük əldə etməyib.
Manset.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Rubejnoe şəhərini tanımaq çətindir. “Rus sülhü” belə görünür. Sənaye şəhərinin yerində indi dağıntılar var. Ruslar hər şeri məhv etdilər”, - Qayday bildirib.