Keniya lideri Uhuru Kenyattanın təhlükəsizlik karvanının avtomobilini oğurlayan avtomexanik ölüm cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim Frensis Andayi 2014-cü ildə nəzarətçi David Maçuinin idarə etdiyi avtomobili oğurlayan şəxslərlə bağlı hökmü oxuyub.
Hakim Andayi bildirib ki, milli təhlükəsizlik məsələsi sayılan hərəkəti həyata keçirən təqsirləndirilən şəxslər barəsində ölüm hökmü çıxarılıb, 2 müttəhim isə bəraət alıb.
Prosesdə həyatını itirən iki təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib.