Pakistan Əfqanıstanı bombaladı: 39 nəfər öldü

21:21 - 16 Aprel 2022

Pakistan Əfqanıstanı bombaladı: 39 nəfər öldü

Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə bir sıra hava zərbələri endirib. Məlumata görə, hücum naməlum sayda Pakistan təyyarəsi tərəfindən həyata keçirilib.

Manşet.az xəbər verir ki, Xost rəsmiləri hava hücumu nəticəsində 6 nəfərin öldüyünü bildiriblər. Kunar əyalətinin sakinləri isə bölgədə daha 33 nəfərin öldüyünü iddia ediblər.

Qeyd olunub ki, hava zərbələri sərhəddə Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) pusqu təşkil edən terrorçuların yeddi pakistanlı əsgəri öldürməsinə cavab olaraq həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az