Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi OLDU

21:23 - 30 Aprel 2022

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi OLDU

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Facebook” səhifəsində bildirib.

Vereşçuk 14 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanlardan 7-si hərbçi, 7-si isə mülki şəxsdir.

“Mənim üçün bu mübadilə xüsusidir: hərbçi qadınlardan biri hamiləliyinin beşinci ayındadır”, - Baş nazirin müavini vurğulayıb.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az