Dünyanın ən böyük işıqlandırma şirkəti olan “Signify” ruslar tərəfindən dağıdılmış İrpen şəhərinin yenidən qurulmasında iştirak edəcək.
Manset.az xəbər verir ki, bu barədə İrpen meri Aleksandr Markuşin məlumat paylaşıb.
Onun sözlərinə görə, şirkət İrpen küçələrinin işıqlandırılması üçün enerjiyə qənat edən 300 işıqlandırma sistemi verib.