Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verməsindən danışdı - VİDEO

21:02 - 01 May 2022

Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verməsindən danışdı - VİDEO

Türkiyənin xarici işlər naziri Uruqvayda onun səfərinə etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsindən danışıb.

Manset.az-ın xəbərinə görə, XİN rəhbəri Uruqvayla hər hansı problemlərinin olmadığını deyib:

“Bizimlə əlaqələri canlandırmaq istəyirlər. Bu çərçivədə səfərimiz oldu. Səfər proqramına əsasən, bir abidəyə çələng qoymalı idik. Uruqvay rəsmiləri hər hansı bir aksiya ehtimalına qarşı bu planı təxirə salmağımızı xahiş etdilər. Biz də təxirə saldıq.

Binamızın açılışı əsnasında binanın önünə o qrupun yaxınlaşmasına imkan verməyəcəkləri ilə bağlı səfirimizə söz verdilər. Söz verdikləri halda, o qrupun oraya yaxınlaşması səhv idi.

Etirazçılar çirkin hərəkətlər nümayiş etdirdilər. Qəbuledilməz çirkin davranışlarından sonra biz də lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay rəsmilərinə, nə Uruqvay xalqına, nə də aksiyaçılara təhqirdir. Buna görə bizi günahlandırmaları yersizdir. Gələcəyə baxmalı olduğumuzu dedik”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az