Ararat Mirzoyan ABŞ-a gedir

11:16 - 02 May 2022

Ararat Mirzoyan ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.

Manset.az  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə məlumat yayıb.

A.Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün mayın 2-dən 6-dək ABŞ-da olacaq.

Məlumata görə, xarici işlər nazirinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az