Avropada təbii qaz ucuzlaşır

13:46 - 02 May 2022

Avropada təbii qaz ucuzlaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

Manset.az APA-Economics-ə istinadən xəbər verir ki, 2 may tarixində Avropanın iyun fyuçerslərinin qiyməti 1 037,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az