“ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”- Pentaqon

20:58 - 02 May 2022

“ABŞ Ukraynadakı vəziyyəti Rusiyanın strateji uğursuzluğuna çevirməyi planlaşdırır”- Pentaqon

ABŞ Ukraynadakı vəziyyəti “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir.

Manşet.az xəbər verir ki, bunu mayın 2-də Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bəyan edib.

“Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, - deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda çıxış edərkən bildirib.

Uollanderin fikrincə, Qərbin sanksiyaları zaman keçdikcə bütövlükdə Rusiya iqtisadiyyatına, xüsusən də onun müdafiə sənayesinə daha güclü zərbə vuracaq.

“Qərb Rusiya hakimiyyətini öz xalqı və dünya ictimaiyyəti qarşısında məsuliyyətə cəlb etməyə çalışacaq”, - deyə Pentaqon rəsmisi əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az