Rusiya millisi Millətlər Liqasından kənarlaşdırıldı

21:38 - 02 May 2022

Rusiya millisi Millətlər Liqasından kənarlaşdırıldı

Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.

Manşet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az