Rusiya bu tarixdə səfərbərlik elan edəcək - Budanov

09:05 - 03 May 2022

Rusiya bu tarixdə səfərbərlik elan edəcək - Budanov

Rusiyada səfərbərliyə hazırlıq əlamətləri var.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budanov “Rusiya mayın 9-da səfərbərlik elan etməyi planlaşdırırmı” sualına belə cavab verib:

“Bəli, hazırlaşırlar. İndi Rusiya ehtiyat qüvvələri əslində heyətdə nə olduğunu yoxlamağa və səfərbərlik əmrləri üçün nə edə biləcəklərini hesablamağa başlayıb. Bu, real səfərbərliyə başlamazdan əvvəl mütləq zəruri addımdır”.

Budanov təsdiqləyib ki, Rusiya mayın 9-dan əvvəl Ukraynanın şərqində qalib gəlmək istəyir:

“Məqsədləri budur, amma olmayacaq, vaxtları yoxdur. Heç bir şəkildə uğur qazana bilmirlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az