Ukrayna ordusu daha 4 yaşayış məntəqəsini azad etdi

12:24 - 04 May 2022

Ukrayna ordusu daha 4 yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədi yaxınlığında yerləşən dörd yaşayış məntəqəsini azad edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı məlumat verib.

Həmçinin qeyd olunub ki, Rusiya hərbçiləri ələ keçirdikləri Tokmak bölgəsində Ukrayna ordusuna məxsus hərbi formalar tikdirirlər. Bu cür formaların təxribatlarda istifadə olunacağı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az