“Putin mayın 9-da rəsmi şəkildə müharibə elan edəcək” - CNN

14:51 - 04 May 2022

“Putin mayın 9-da rəsmi şəkildə müharibə elan edəcək” - CNN

9 may tarixi Ukraynadakı müharibənin taleyi ilə bağlı “əlamətdar” tarixə çevrilə bilər.

 

Manset.az xəbər verir ki, CNN-in öz mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sözügedən tarixin əhəmiyyətindən də istifadə edərək vacib açıqlama verə bilər.

Bu, hansısa bir uğurun qazanılması, hərbi əməliyyatların daha da şiddətlənməsi və ya digər bir açıqlama ola bilər.

Qeyd olunub ki, bu variantlar arasında ən güclüsü Rusiyanın 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan etməsidir. Belə ki, faktiki olaraq müharibə getsə də, Rusiyada bunu xüsusi hərbi əməliyyat adlandırırlar.

Rusiya ordusunun əlavə qüvvələrə ehtiyacı olduğu bir vaxtda Ukraynaya rəsmi şəkildə müharibə elan etmək Kremlin səfərbərlik elan etməsinə və ehtiyaclarını təmin etməsinə zəmin yarada bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az